Sərfəli qiymətə biznes lanç menyuları - 5 Restoran
Bir çox insanlar işdə nahar zamanı restoranlara üz tuturlar. Restoran seçimi zamanı isə müxtəlif məqamlara diqqət etmək olar. Bunlardan ən çox diqqət yetirilən qiymətlərdir. Sərfəli qiymətlər hər zaman cəlbedicidir. Valyuta.az Bakıda sərfəli biznes lanç menyuları olan 5 restoranı təqdim edir:
Puşkin Restoran
Biznes lanç menyusunda olan toyuqlu yemək, şorba, turşu və içki 6 manat 50 qəpiyə, ətli yemək, şorba, turşu və içki 7 manat 50 qəpiyə təklif olunur. Hər gün 15 çeşiddə yemək satışa çıxarılır.
Boranı Restoran
Biznes lanç menyusuna ana yemək, qarnir, şorba, salat, içki və əlavə olaraq çay ilə desert daxildir. Biznes lanç menynularının qiyməti 8 manatdan başlayır. Şaurma ilə kombo menyunun qiyməti 8 manatdır. Əlavə olaraq şorba, salat, içki, çay və şirniyyat daxildir.
Kolorit Kafe
Biznes banç menyuları həftə içi saat 12:30-dan 15:30-a kimi təqdim olunur. Menyuya ana yemək, şorba, qarnir, salat, desert və içki daxildir. Menyu hər gün dəyişir və 8 manata təklif olunur.
QoçƏt Restoran
Biznes lanç menyuları saat 12:00 və 15:00 arası təqdim olunur. Menyuya ana yemək, şorba, qarnir, salat və içki daxildir. Bu menyunun qiyməti 12 manat 90 qəpikdir.
Halil ibrahim Sofrası Bakı
Bu biznes lanç menyusuna şorba, ayran, bir nəfərlik qarışıq kabab seti daxildir. Bu menynun qiyməti 12 manata təklif olunur.
Əvəz Həsənov
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay