“Azsığorta” icra hakimiyyətinə və “Azəristiliktəchizat”a qarşı
“Azsığorta” Açıq Səhmdar Cəmiyyəti (ASC) ilə Nizami Rayon İcra Hakimiyyəti və “Azəristiliktəchizat” ASC arasında mülki hüquq pozuntularından əmələ gələn öhdəliklər üzrə mübahisə yaranıb.
Valyuta.az xəbər verir ki, sığorta şirkəti bu mübahisədən dolayı məhkəməyə müraciət edib.
Şirkətin iddiasına Bakı Kommersiya Məhkəməsində baxılacaq.
Ülkər Həsənova iş üzrə hakim təyin edilib.
“Azsığorta” ASC 2006-cı ildə dövlət qeydiyyatına alınıb. ASC-nin nizamnamə kapitalı 20 300 000 AZN, qanuni təmsilçisi Soltanov Yusif Rəhim oğludur.
ASC-nin səhmlərinin 100 faizi İsmayılov Hikmət Abuzər oğluna məxsusdur. Hikmət İsmayılov fövqəladə hallar naziri Kəmaləddin Heydərovun bacanağıdır. O, eyni zamanda "AFB Bank”ın səhmlərinin 99 faizinə sahibidir.
Nizami Rayon İcra Hakimiyyətində icra başçısı vəzifəsini birinci müavin Qərib Məmmədov icra edir.
“Azəristiliktəchizat” ASC-nin sədrinin vəzifəsini müavin İlham Mirzəliyev icra edir.
Hüseyn
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay