İcra Hakimiyyətində qalmaqal: İşdən çıxarılan əməkdaş nə tələb edir?
Daşkəsən Rayon İcra Hakimiyyətində qalmaqal yaranıb.
Qaynarinfo-nun əldə etdiyi məlumata görə, qurumun Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin böyük məsləhətçisi Ramida Süleymanova işdən çıxarılıb.
Rəhbərliyin bu qərarına etiraz edən Ramida Süleymanova məhkəməyə müraciət edib. O, Gəncə İnzibati Məhkəməsində Daşkəsən Rayon İcra Hakimiyyəti ilə bağlı iddia qaldırıb.
Ramida Süleymanovanın iddiasına hakim Fikrət Hüseynovun sədrliyi ilə baxılacaq. Mayın 14-nə iş üzrə şifahi məhkəmə baxışı təyin edilib.
Məlumata görə, Ramida Süleymanovanın tələbi işə bərpa və əmək haqqının ödənilməsi ilə bağlıdır.
Ramida Süleymanova Yeni Azərbaycan Partiyasnın (YAP) üzvüdür.
Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsi hazırda boşdur. Ötən ilin iyulunda icra başçısı Əhəd Abıyev vəzifəsindən azad edilib. Həmin vaxtdan rayona icra başçısı təyin edilməyib.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay