Xəbər
09.02.2024 / 19:23
“Tunel-Tikinti Servis”i inzibati cəza gözləyir
42030
“Tunel-Tikinti Servis” MMC İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə cərimələnə bilər.
Valyuta.az xəbər verir ki, şirkət barəsində bu maddə ilə başlanan inzibati baxılması üçün Yasamal Rayon Məhkəməsinə göndərilib.
İş hakim Günel Əkbərlinin icraatındadır.
347-ci maddə hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsi ilə bağlıdır.
Maddədə inzibati cəza növü vəzifəli şəxslərin yüz əlli manat məbləğində, hüquqi şəxslərin isə üç yüz manat məbləğində cərimə edilməsi nəzərdə tutulur.
Hüseyn
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay