Xəbər
09.01.2024 / 15:49
Kilosu 70 manata şaftalı, ədədi 7 manata ərik – Bu meyvələri alan var?
40109
Bakıda kilosu 70 manata şaftalı(nektarin) satılır.
Valyuta.az xəbər verir ki, bu barədə sosial şəbəklərdə paylaşım edilib.
Tək şaftalının qiyməti belə baha deyil.
Belə ki, hazırda mövsümü olmayan meyvələrin də qiymətləri çox bahadır. Hətta onlardan ədədlə də satılanlar var. Məsələn alçanın bir ədədi 6 manatdan, əriyin bir ədədi 7 manatdan təklif olunarkən, gilasın 100 qramı 15 manata təklif olunur.
Onu da qeyd edək ki, bəzi şəxslər qiymətlərin baha olduğunu, bəziləri onların mövsümündə yeyilməli olduğunu desə də, həmin meyvələrin alıcıları da az deyil.
Davud
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay