AQTA “Papa Johns”un direktor müavinini cərimələdi – İş məhkəməyə düşdü
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) “Papa Johns” şirkətinin direktor müavini Yekaterina Hüsnəddinovanı cərimələyib.
Valyuta.az xəbər verir ki, ona qarşı İnzibati Xətalar Məcəlləsinin 220.1-ci (Xüsusi təşkil olunmuş yerlərdə (yeməkxanalarda, restoranlarda, kafelərdə, barlarda və sair) əhalinin qidalanmasının təşkilinə və ya yeməklərin və içkilərin hazırlanmasına, onların saxlanmasına və əhaliyə satılmasına dair qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların pozulması) maddəsi ilə ittiham edilib.
Bu maddəyə görə fiziki şəxslər əlli manatdan yüz manatadək məbləğdə, vəzifəli şəxslər yüz manatdan iki yüz manatadək məbləğdə, hüquqi şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir.
Yekaterina Hüsnəddinova AQTA-nın qərarı ilə bağlı məhkəməyə müraciət edib.
İşə Səbail Rayon Məhkəməsində baxılacaq. Yanvarın 16-na iş üzrə məhkəmə baxış iclası təyin edilib.
İclas hakim Azər Tağıyevin sədrliyi keçiriləcək.
Hüseyn
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay