Xəbər
12.08.2023 / 11:55
DSX “Avromed”ə 450 min manat ödəyəcək - Məhkəmə qərar verdi
31422
Dövlət Sərhəd Xidməti (DSX) ilə “Avromed Company” Qapalı Səhmdar Cəmiyyəti arasında məhkəmə çəkişməsi başa çatıb.
Valyuta.az xəbər verir ki, məhkəmə “Avromed Company” QSC-nin iddiasını qismən təmin edib.
Məlumat üçün deyək ki, QSC ilə DSX arasında alqı-satqı müqavilələrinə dair mübahisə yaranıb. Şirkət Bakı Kommersiya Məhkəməsində pul tələbinə dair iddia qaldırıb.
İddiaya hakim Ülkər Həsənovanın sədrliyi ilə baxılıb. Hakim DSX-dan 453904,70 manat məbləğində pul tutularaq
“Avromed Company” QSC-yə ödənilməsi barədə qətnamə qəbul edib.
Hüseyn
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay