Bu yanacaqdoldurma məntəqəsinin fəaliyyəti dayandırıldı <span style="color: #ff0000;">(FOTO/VİDEO)</span>

Redaktor

22.02.2023 12:52
460

Bu yanacaqdoldurma məntəqəsinin fəaliyyəti dayandırıldı (FOTO/VİDEO)

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətlərinə uyğun olaraq, ölkədə yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri tədbirlərin görülməsini davam etdirir.

FHN-dən Valyuta.az-a verilən xəbərə görə, Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Göyçay şəhəri, Natəvan küçəsi 69 ünvanında yerləşən, “Göyçay Petrol-A” MMC-ə məxsus yanacaqdoldurma məntəqəsində (YDM) yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib.

Belə ki:

- Obyektin ərazisində inşa olunan və quraşdırılan təndirxana, həmçinin digər ticarət obyektlərinin layihə sənədləri və istismarı Dövlət Yanğın Nəzarəti Xidməti ilə razılaşdırılmayıb;

- yanğına qarşı rejimin tələblərinə riayət olunmadan yeraltı yanacaq çənləri ilə ictimai obyektlərlə yanğına qarşı ara məsafələrinə riayət edilməyib və yanacaqdoldurma məntəqəsinin ərazisində açıq oddan istifadəyə yol verilib. Belə ki, un məmulatlarının hazırlaması üçün odun yanacağı ilə istismar edilən təndirlərdən və propan qaz balonlarından istifadə edilib;

- obyekt normativ sənədlərin tələblərinə uyğun ilkin yanğınsöndürmə vasitələri ilə təmin olunmayıb;

- Obyektdə quraşdırılmış avtomatik yanğın xəbərverici siqnalizasiya qurğusunun sazlığı barədə mütəxəssis rəyi təqdim edilməyib:

- kabel və naqillərin izolyasiya müqavimətinin ölçülməsi barədə protokol təqdim edilməyib.

Beləliklə, mövcud vəziyyət onu göstərir ki, obyektin bu şəkildə istismarının davam etdirilməsi nəticəsində orada hər an baş verə biləcək yanğın qısa müddətdə genişlənərək faciəni qaçılmaz edəcək.

Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin pozulması faktları aşkar edilmiş “Göyçay Petrol-A” MMC-ə məxsus yanacaqdoldurma məntəqəsində fəaliyyət göstərən un məmulatlarının hazırlanması və satışı köşklərində işlərin görülməsi və xidmətlərin göstərilməsinin dayandırılması barədə Qərar qəbul edilib və Qərarın bir nüsxəsi obyektin nümayəndəsinə təqdim olunub.

{gallery}

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Rusiyada Kirkorovun şirkəti bağlandı

07.12.2025

Könüllü sığortalar 1 milyarda yaxınlaşır

07.12.2025

İndiyə qədər istehsal olunmuş ən güclü 10 kosmik raket - SİYAHI

07.12.2025

Azərbaycan avtomobil idxalını artırıb: Bəs ehtiyat hissələr bazarında vəziyyət necədir?

07.12.2025

Yeni binalarda çıxarış problemi - Məsələ öz həllini necə tapacaq?

07.12.2025

Poçt və kuryer fəaliyyətinə nə qədər investisiya ayrılıb?

07.12.2025

Pendir istehsalında azalma

07.12.2025

Vüqar Qurbanovdan yeni təyinat

07.12.2025

"Mərkəzi Bank çalışır ki, insanlar manata etibar etsinlər" - Sabit məzənnənin nəticəsi

07.12.2025

"Netflix" “Warner Bros.”u 82,7 milyard dollar dəyərlə satın alır

07.12.2025

Ən gənc milyarder uğurun sirrini açıqladı

07.12.2025

"Evi bir neçə nəfərə satıblar" - Bünövrədən mənzil almaq ağıllı seçimdir, yoxsa risk? - VİDEO

07.12.2025

Brendlərin adları haradan gəlib? - SƏHƏR OXUSU

07.12.2025

Bu rayonlarda insanlar daha çox sosial yardım alır - SİYAHI

06.12.2025

Binalarda təhlükə: Yanğın çıxışları niyə bağlıdır? - VİDEO

06.12.2025

Kibertəhlükəsizlik startapı 130 milyon dollar investisiya alıb

06.12.2025

İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin bir sıra şirkətlərinin rəhbərlərini qəbul edib - YENİLƏNİB

06.12.2025

Azərbaycanda icra başçısının müavini 20 ildən sonra öz ərizəsi ilə İŞDƏN ÇIXDI

06.12.2025

"Azərbaycan Dəmir Yolları" ixracdan nə qədər qazanıb? - Son 5 il

06.12.2025

Mərkəzi Banka yeni səlahiyyət verildi

06.12.2025

Məzənnə

Yüklənir...