Bakıda daha bir obyekt bağlandı <span style="color: #ff0000;">(FOTO/VİDEO)</span>

Redaktor

07.11.2022 11:49
604

Bakıda daha bir obyekt bağlandı (FOTO/VİDEO)

Bakıda daha bir obyekt tələblərə əməl etmədiyinə görə bağlanıb.

Fövqəladə Hallar Nazirliyindən Valyuta.az-a verilən məlumata görə, Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 5-ci döngə, ev 6 ünvanında yerləşən “İstanbul Təmizlik və Kosmetik” MMC-yə məxsus təmizlik və kosmetik vasitələrin istehsalı obyektində yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib. Belə ki:

- obyekt yanğın su hovuzu, daxili yanğın su kranları və avtomatik yanğınxəbərverici siqnalizasiya sistemi ilə təmin edilməyib;

- obyektin təxliyə yolları normaya uyğun deyil;

- elektrik təsərrüfatına profilaktik baxış keçirilərək nəticəsi barədə sınaq aktı tərtib edilməyib;

- obyektin anbar otaqları yanğın təhlükəsizliyi qaydalarının tələblərinə uyğun saxlanılmayıb;

- fərdi yaşayış evi kimi inşa edilmiş, lakin hazırda qeyri-yaşayış sahəsi kimi fəaliyyət göstərən obyektin təyinatının dəyişdirilməsi və yenidən qurulması zamanı tikinti-layihə sənədləri Dövlət Yanğın Nəzarəti Xidməti ilə razılaşdırılmayıb;

- obyekt ilkin yanğınsöndürmə avadanlıqları ilə təmin edilməyib;

- taxta konstruksiyalı elementlər və parçalar odadavamlı məhlulla hopdurulmayıb;

- obyektin işçilərinin təlimatlandırılması üçün təlimat jurnalı tərtib edilməyib.

Beləliklə, mövcud vəziyyət onu göstərir ki, obyektin istismarının davam etdirilməsi nəticəsində orada hər an baş verə biləcək yanğın qısa müddətdə genişlənərək faciəni qaçılmaz edəcək.

Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin pozulması faktları aşkar edilmiş Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 5-ci döngə, ev 6 ünvanında yerləşən “İstanbul Təmizlik və Kosmetik” MMC-yə məxsus təmizlik və kosmetik vasitələrinin istehsalı obyektində işlərin və xidmətlərin göstərilməsinin qismən dayandırılması barədə Qərar qəbul olunub və Qərarın bir nüsxəsi obyektin nümayəndəsinə təqdim edilib.

{gallery}

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Rusiyada Kirkorovun şirkəti bağlandı

07.12.2025

Könüllü sığortalar 1 milyarda yaxınlaşır

07.12.2025

İndiyə qədər istehsal olunmuş ən güclü 10 kosmik raket - SİYAHI

07.12.2025

Azərbaycan avtomobil idxalını artırıb: Bəs ehtiyat hissələr bazarında vəziyyət necədir?

07.12.2025

Yeni binalarda çıxarış problemi - Məsələ öz həllini necə tapacaq?

07.12.2025

Poçt və kuryer fəaliyyətinə nə qədər investisiya ayrılıb?

07.12.2025

Pendir istehsalında azalma

07.12.2025

Vüqar Qurbanovdan yeni təyinat

07.12.2025

"Mərkəzi Bank çalışır ki, insanlar manata etibar etsinlər" - Sabit məzənnənin nəticəsi

07.12.2025

"Netflix" “Warner Bros.”u 82,7 milyard dollar dəyərlə satın alır

07.12.2025

Ən gənc milyarder uğurun sirrini açıqladı

07.12.2025

"Evi bir neçə nəfərə satıblar" - Bünövrədən mənzil almaq ağıllı seçimdir, yoxsa risk? - VİDEO

07.12.2025

Brendlərin adları haradan gəlib? - SƏHƏR OXUSU

07.12.2025

Bu rayonlarda insanlar daha çox sosial yardım alır - SİYAHI

06.12.2025

Binalarda təhlükə: Yanğın çıxışları niyə bağlıdır? - VİDEO

06.12.2025

Kibertəhlükəsizlik startapı 130 milyon dollar investisiya alıb

06.12.2025

İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin bir sıra şirkətlərinin rəhbərlərini qəbul edib - YENİLƏNİB

06.12.2025

Azərbaycanda icra başçısının müavini 20 ildən sonra öz ərizəsi ilə İŞDƏN ÇIXDI

06.12.2025

"Azərbaycan Dəmir Yolları" ixracdan nə qədər qazanıb? - Son 5 il

06.12.2025

Mərkəzi Banka yeni səlahiyyət verildi

06.12.2025

Məzənnə

Yüklənir...