Xəbər
28.09.2022 / 09:23
Yol qəzasında həlak olan tələbə məmur oğlu imiş (FOTO)
24318
Bir neçə gün əvvəl yol qəzası zamanı həlak olan Dövlət Gömrük Komitəsinin Akademiyasının 2-ci kurs tələbəsi, 2004-cü il təvəllüdlü Elvin Əzizli məmur oğlu imiş.
Qaynarinfo-nun məlumatına görə, Elvin Əzizli Dövlət Əmək Müfəttişliyinin Mil-Muğan Regional şöbəsinin rəisi Şahin Əzizlinin oğludur.
Qeyd edək ki, 23 sentyabr tarixində Firdovsi Eyvazov idarə etdiyi “KamAZ” markalı, 99-XD-495 dövlət qeydiyyat nişanlı yük maşını ilə iki piyadanı vurub. Nəticədə Dövlət Gömrük Komitəsinin əməkdaşı, Rəsulova Sevgi Arzu qızı və 2004-cü il təvəllüdlü Əzizli Elvin Şahin oğlu hadisə yerində vəfat edib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay