BAKU Azərbaycan
7.03°C
  • USD
    1.7
  • EUR
    1.7969
  • RUB
    1.5741
  • TRY
    0.049
  • GBP
    2.1606
21680

Ağdaş rayonunun Pirəyir kəndinin sakinləri kəndin örüş torpaqlarından istifadə edə bilmədikləri şikayət edib.

Sakinlər deyib ki, 1000-ə yaxın əhalisi olan bu kənddə 1500-dən çox iri və xırda buynuzlu heyvan var. 1998-ci ildə Pirəyir kəndi üçün ayrılan 35 hektar örüş ərazisində isə indi mal-qara otarmaq mümkün deyil. Çünki həmin ərazidə hazırda Nehrəxəlil kənd sakini Bəhərçin Kərimovun ağacları, yoncaları böyüməkdədir.

Kənd sakinləri onu da əlavə elədilər ki, bu günlərdə kəndin 4 sakini öz inəklərini adıçəkilən ərazidə otardığına görə Bəhərçin Kərimov vətəndaşlar barədə məhkəməyə müraciət edib. Məhkəmənin qərarı ilə həmin 4 nəfər ümumilikdə 8 min manat cərimələnib.

Camaat deyir ki, dəfələrlə kənd bələdiyyəsinə, icra hakimiyyətinə, prokurorluğa müraciət ediblər. Amma hələ də heç bir real nəticə əldə etməyiblər.

Kənddə baş verənlər bununla da bitmir. Sakinlər Bəhərçin Kərimovu həm də adı çəkilən ərazidəki 350-ə yaxın ağacı kəsməkdə də günahlandırır.

Bütün şikayətləri eşidəndən sonra sakinlərin tez-tez adını hallandırdığı Bəhərçin Kərimovla əlaqə saxladıq. O, cavab verib ki, kəsilən ağacları ona verilən 4 hektar pay torpağının kənarına 15 il öncə atası ilə birgə əkib. Ağacları kəsməsinin səbəbi isə ərazidəki kol-kosla birgə yanmış olmalarıdır: "Mən yanmış ərazini təmizləyərkən ağacları oradan götürüb yolun kənarına yığmışam. Ağacları qəsdən yandırıblar, mən isə yanmış ağacların yerinə ağaclar əkmişəm".

Bəhərçin Kərimov pay torpağının yanındakı örüş yeri ilə bağlı danışarkən bildirib ki, o kəndin 16 hektar örüş yerini 2000-ci ildə həmin vaxtlar Pirəyir bələdiyyəsinin sədri olmuş Vaqif Səmədovun dövründə icarəyə götürüb, daha sonra 2300 manat ödəniş edərək alqı-satqı yolu ilə əldə edib. Onun sözlərinə görə, 2016-cı ildə Şəki İqtisad Məhkəməsinin qərarından sonra Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən çıxarış alıb, həmin əraziyə yonca toxumu səpib, barama qurdu bəsləmək üçün Çindən gətirilən 500 ədəd tut tingi əkib.

Bəhərçin Kərimov onu da qeyd edib ki, artıq 5-6 ay olar ərazidən istifadə edə bilmir, həmin yerdə sakinlər heyvan otarır.

Ağdaş rayon İcra Hakimiyyəti başçısının Pirəyir kənd inzibati dairəsi üzrə nümayəndəsi Elsevər Hacıyev isə bildirib ki, orada qanunsuz hərəkət varsa, tədbir görüləcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova bildirib ki, hazırda nazirliyin yerli regional idarəsinin mütəxəssisləri kəsilmiş ağaclarla bağlı Pirəyir kəndindəki həmin əraziyə baxış keçirir, araşdırma aparılır, bununla bağlı yaxın vaxtda ictimaiyyətə məlumat veriləcək.

Mənbə: APA TV

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"ƏLİ-TEKSTİL"ə protokol tərtib olundu

Dünyada torpağın deqradasiyası hər il 1 milyon kvadrat kilometr artır

Möhtəşəm mənzərələr və orta əsr evləri - Avropada mükəmməl səyahət üçün bir ada...

Sinqapur Mərkəzi Bankı "JPMorgan"ı 2,4 milyon cərimələyib

Süni intellektlə ölüm gününüzü proqnozlaşdıran yeni tətbiq

Vəzifə eyni, maaşlar fərqli - "Disney"də gender qalmaqalı

Yeni tendensiya: 2025-ci ildə 8000 mAh batareyaya malik smartfonlar bazara çıxacaq

"Sarens Azerbaijan" məhkəmə qarşısında

"Super Micro"nun daxili araşdırması şirkəti təmizə çıxardı - Səhmlər 25 faiz bahalaşdı

"Super Micro"nun daxili araşdırması şirkəti təmizə çıxardı - Səhmlər 25 faiz bahalaşdı

"Naspers"in mənfəəti ikiqat artıb

"Samsung"un 30 illik hakimiyyətinə son qoyulur? - Gecikmiş sərmayələr, azalan gəlirlər

Biləcəridə 3 Mərkəz və 1 İdman-sağlamlıq kompleksi tikiləcək

Sam Altman: "Tramp süni intellekt liderliyini qoruyacaq"

"Bakı Beynəlxalq Dəniz Ticarət Limanı"ndan maddi ziyan tələbi

Veysəloğlu Şirkətlər Qrupu Naxçıvanda silsilə market açılışlarını davam etdirir

DGK "HZR Group"u inzibati məsuliyyətə cəlb edib

Gizli iqlim təhlükələrini tapmaq üçün süni intellekt proqramı yaradıldı

Azərbaycanda aylıq müavinət alanların çoxu əlillərdir - RƏSMİ

Bu ərazidə işıq olmayacaq

Xaricdən ərzaq məhsullarının alışı, satışını 40 dəfədən çox üstələyir - Rəsmi

Xaricdən ərzaq məhsullarının alışı, satışını 40 dəfədən çox üstələyir - Rəsmi

Ananas, avokado, qreypfrut: Ölkəyə neçəyə gətirilir, marketlər neçəyə satır? - Siyahı

10 milyonluq şirkətin təsisçisi müəssisədəki payını 1 milyon manat azaldır

Qarabağda işləmək istəyənlər üçün sevindirici xəbər

Silah istehsalçıları yarım trilyondan çox gəlir əldə edib

Avropada yeni nüvə layihələri niyə bu qədər bahadır? - HESABAT

Turistlərin Azərbaycanda ən çox pul xərclədiyi sahələr - Siyahı

Turistlərin Azərbaycanda ən çox pul xərclədiyi sahələr - Siyahı

"LES-R.H" məhkəmə qarşısında

Problemli kreditlər ən çox hansı rayonlardadır?

Humanitar yardım kimi gətirilən mallar hansı hallarda vergidən azad olunur?

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin