Xəbər
27.04.2022 / 09:30
Bakıda bu qaydanı pozan şəxslər 80 AZN cərimələnəcək (VİDEO)
21509
Bakıda qanunsuz küçə ticarəti hallarına qarşı mübarizə tədbirləri çərçivəsində profilaktik tədbirlər keçirilib.
Valyuta.az xəbər verir ki, Sabunçuda tədbir zamanı səkiləri zəbt edərək piyadaların hərəkətini çətinləşdirən, küçələrdə antisanitar vəziyyət yaradaraq pərakəndə ticarətlə məşğul olan satıcılar aşkarlanıb.
Polis əməkdaşları həmin şəxslərlə izahedici söhbətlər apararaq yalnız müəyyən olunan yerlərdə ticarətlə məşğul olmalarını onların diqqətinə çatdırıb.
Qeyd edək ki, qanunsuz küçə ticarəti ilə məşğul olanlar 80 manat cərimə olunacaqlar.
İTV-nin hazırlaığı videomaterialı təqdim edirik:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay