AQTA daha 8 müəssisədə nöqsanlar aşkar etdi
Dünən 8 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub.
Bu barədə Valyuta.az-a Qida Təhlükəsizliyi Agentliyindən xəbər verilib.
Məlumata görə, oktyabrın 4-də ölkə üzrə 396 ictimai iaşə obyektində 669 monitorinq keçirilib. Monitorinqlər zamanı aşkar edilmiş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.
Pozuntular aşkar edilmiş ictimai iaşə müəssisələri aşağıdakılardır:
1. Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küç., ev 25 ünvanında yerləşən, hüquqi şəxs “Beat Restaurants” MMC-yə məxsus restoran;
2. Bakı şəhəri, Səbail rayonu, Kiçik Qala küç., ev 19 ünvanında yerləşən, fiziki şəxs Nəcəfli Abbas Həbib oğluna məxsus “Sehirli Təndir” restoranı;
3. Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küç., ev 2A ünvanında yerləşən, hüquqi şəxs “Elva İnşaat Turizm Gida İhracat İthalat Sanayi ve Ticaret” MMC-nin Azərbaycan Respublikasındakı filialına məxsus “Elva Steak House” restoranı;
4. Bakı şəhəri, Səbail rayonu, Kiçik Qala küç., ev 19 ünvanında yerləşən, fiziki şəxs Nəcəfli Abbas Həbib oğluna məxsus “Manqal Old” restoranı;
5. Bakı şəhəri, Nərimanov rayonu, K. Rəhimov küçəsi 34 ünvanında yerləşən, fiziki şəxs Umarov Osman Nadir oğluna məxsus “Novbahar” restoranı;
6. Bakı şəhəri, Nizami rayonu, R. Rüstəmov küçəsi 29 ünvanında yerləşən, fiziki şəxs Qəhrəmanov Tofiq Qalib oğluna məxsus kafe;
7. Bakı şəhəri, Binəqədi rayonu, Atatürk pr., ev 66Q ünvanında yerləşən, fiziki şəxs Səmədov Səbuhi Səbri oğluna məxsus kafe;
8. Göygöl rayonu, Qızılqaya qəsəbəsində yerləşən, fiziki şəxs Bayramov Nicat Gündüz oğluna məxsus “Kübar” kafesi.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay