Maliyyə Nazirliyi 25 milyonluq hərrac keçirəcək - CƏDVƏL
Oktyabrın 5-də Bakı Fond Birjasında Maliyyə Nazirliyinin Dövlət Ortamüddətli İstiqrazları (DOİ) üzrə hərrac keçiriləcək.
Valyuta.az xəbər verir ki, hərracın emissiya dəyəri 25 milyon manat təşkil edir.
Hərrac zamanı sifarişlərin toplanması BFB-nin ticarət reqlamentinə uyğun olaraq saat 11:00-dan 12:30-dək təşkil olunacaq. İştirak haqqı 100 manat məbləğində müəyyən olunub.
Vəsaitin son ödəmə tarixi 29 sentyabr 2026-cı il müəyyən edilib.
Qeyd edək ki, hərracda qeyri-rəqabətli sifarişlərin istiqrazların buraxılışının 20%-dən artıq olmamaq şərti ilə qəbul edilməsinə icazə verilir.
İştirakçılar tərəfindən istiqrazların alınması üçün verilən sifarişlərin həcmi Emitent tərəfindən hərraca çıxarılmış istiqrazların həcminin 20%-dən aşağı olduğu təqdirdə, Emitent bu sifarişləri qəbul etməyə bilər.
Hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət Emitenti qane edəcəyi halda isə, Emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.
İstiqrazların buraxılış parametrləri barədə məlumat aşağıdakı cədvəldə verilib:
Dövlət istiqrazının növü |
Faizli, ortamüddətli dövlət istiqrazları |
Qiymətli kağızın ISIN kodu |
AZ0108031888 |
Emissiya həcmi |
25 000 000 manat |
Nominal dəyəri |
100 manat |
İstiqrazların tədavül müddəti |
1820 gün |
Faiz ödənişləri (olduqda) |
5 aprel 2022-ci il, 4 oktyabr 2022-ci il, 4 aprel 2023-cü il, 3 oktyabr 2023-cü il, 2 aprel 2024-cü il, 1 oktyabr 2024-cü il 1 aprel 2025-ci il, 30 sentyabr 2025-ci il 31 mart 2026-cı il, 29 sentyabr 2026-cı il |
Faiz gəliri |
6.0% |
Ödəmə tarixi |
29.09.2026 |
Anderrayter |
“PAŞA Kapital İŞ” QSC |
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay