Xəbər
30.09.2021 / 10:18
Azərbaycan Mərkəzi Bankı sığortaçı seçir
18618
Azərbaycan Mərkəzi Bankı (AMB) əsas vəsaitlərinin, nağd pulunun və nəqliyyyat vasitələrinin sığortalanması üçün açıq tender elan edib.
Tenderdə iştirak haqqı 300 manatdır.
İddiaçılar ilkin sənədləri oktyabrın 20-si, saat 18:00-a qədər, tender təklifi və onun dəyərinin 1%-i qədər bank təminatını isə oktyabrın 28-i, saat 18:00-a qədər AMB-nin Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Behbudov küçəsi, 90 ünvanındakı inzibati binasına təqdim edə bilər.
Əlaqələndirici şəxslər qurumun Hüquq departamentindən Elvin Şirdanov və İnzibati departamentindən Ceyhun Səmədovdur. Telefon: (012) 493-11-22 (daxili: 428 və 599).
Təkliflərə oktyabrın 29-da, saat 15:00-da qeyd olunan ünvanda baxılacaq.
Mənbə: Report
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay