Xəbər
29.09.2021 / 19:59
Bu il 6800-dək şəxs üçün kiçik təsərrüfatlar yaradılıb
18614
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən həyata keçirilən özünüməşğulluq proqramı çərçivəsində bu il artıq 6 800-dək şəxsə mal və materiallar formasında aktivlər verilib.
Bu barədə Valyuta.az-a ƏƏSMN-dən bildirilib.
Verilmiş aktivlər hesabına onlar kiçik müəssisə və təsərrüfatlarını yaradıblar. Həmin şəxslərdən 3 317-si şəhid ailəsi üzvləri və qazilərdir.
Proqrama cəlb olunan şəxslər üçün əvvəlcə kiçik biznesin təşkili və idarə olunması üzrə bilik və bacarıqlara yiyələnmələri məqsədilə təlimlər təşkil olunur. Təlimləri uğurla başa vuran şəxslər seçdikləri özünüməşğulluq istiqaməti üzrə biznes planlarına uyğun aktivlərlə təmin olunurlar.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay