Dövlət məmurlarının nəzarətində olan yataqlar satışa çıxarıldı - FOTO
İqtisadiyyat Nazirliyi yanında Əmlak məsələləri üzrə Dövlət Xidməti tərəfindən ölkə ərazisində yerləşən yataqlar noyabrın 1-dən etbiarən hərraca çıxarılır.
Valyuta.az xəbər verir ki, Dövlət Xidmətinin saytında hərraca çıxarılan yataqlar bunlardır:
- “Girdimançay” qum-çınqıl qarışığı yatağı;
- “Yeni Yaşma-1” qum yatağı;
- “Atbulaq-1” əhəngdaşı yatağı;
- Qaradağ rayonu “Çənlibel” mişar daşı yatağı;
- Qaradağ rayonu “Karvansaray” mişar daşı yatağı;
- Salyan rayonu “Salyan” gil yatağı.
Bildirək ki, hərracda iştirak etmək istəyən fiziki və hüquqi şəxslər hərracla bağlı məlumat almaq, xidmət haqqı və 10% miqdarında beh məbləğini ödəmək üçün eyni zamanda Əmlak Xidmətləri Məkanına da müraciət edə bilərlər. (Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi, 20) Çağrı mərkəzi: 193, tel: (012) 566-07-44
Yer təki sahəsindən faydalı qazıntılar çıxarılması üçün hərrac iştirakçıları lazımi maliyyə və texniki imkanlarına malik olmalı və hərracda iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
- Hərracda iştirak etmək üçün yazılı ərizə-müraciət (əlavə olunur);
- Hərracda xidmət haqqının ödənilməsi barədə bank sənədinin əslini;
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;
- İddiaçının son bir ildə maliyyə vəziyyəti haqqında bank arayışı (hesabdan çıxarış);
- İddiaçının tam adı, hüquqi statusu: Hüquqi şəxsdirsə - nizamnaməsi, VÖEN-şəhadətnaməsi və dövlət reyestrdən çıxarışı, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri; fiziki şəxsdirsə - şəxsiyyəti təsdiq edən sənəd və VÖEN-şəhadətnaməsi;
- İddiaçının ixtisas göstəricilərinə dair məlumatlar: ən azı 1 dağ-mədən mühəndisi və 1 geoloq ilə bağlanmış əmək müqaviləsinin və onların ixtisasını təsdiq edən sənədin surəti;
- İddiaçının maddi-texniki bazası (faydalı qazıntıların çıxarılması üçün zəruri texniki vasitələri və avadanlıqları) haqqında məlumat.
Sənədlər Azərbaycan dilində, 2 nüsxədə tərtib olunmalıdır.
Əldə etdiyimiz qeyri-rəsmi məlumatlara görə, adıçəkilən yataqlar ayrı-ayrı yüksək rütbəli dövlət məmurlarının nəzarətindədir və yaxın adamları tərəfindən istismar olunur.
Ziya İkramlı
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay