Avqustda gəlir və xərclərimiz nə qədər olub? - Kəskin fərq var
Cari ilin avqust ayında Azərbaycan Respublikasının dövlət büdcəsinin gəlirləri 15 milyard 937.5 milyon manat, xərcləri isə 15 milyard 626.8 milyon manat olub.
Valyuta.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının açıqladığı aylıq hesabatda əks olunub.
Ümumi daxili məhsulda (ÜDM) büdcə gəlirlərinin payı 29.1 faiz, xərclərinin payı isə 28.6 faiz təşkil edib.
Qeyd edək ki, iyul ayında büdcə gəlirləri 14 milyard 049.3 milyon manat, büdcə xərcləri isə 13 milyard 681.6 milyon həcmində olub.
Gəlirlərin ÜDM-dəki payı 29,7 faiz, xərclərin payı isə 28.9 faiz təşkil edib. Burdan aydın olub ki, 1 ay ərzində gəlirlərdə 1 milyard 888,2 milyon manat və ya 11,85 faiz, xərclərdə isə 1 milyard 945,2 milyon manat və ya 12,45 faiz artım baş verib.
Ömər Vəzirli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay