Xəbər
22.09.2021 / 09:49
Buğdadan hazırlanan un bahalaşdı – Qiymət açıqlanır
18437
Azərbaycanda buğda ununun qiyməti avqust ayında 1 qəpik bahalaşıb.
Cari ilin iyulunda yerli istehsal buğda unun hər kiloqramı 0.99 manat olduğu halda, avqusta 1 manata yüksəlib.
Bu da 1.01 % bahalaşma deməkdir.
İlin əvvəlində isə bu məhsulun qiyməti 0.94 manat idi. Bu barədə Dövlət Statistika Komitəsinin məlumatda bildirilir.
İdxal olunmuş buğda unun hər kiloqramının qiyməti isə 1.41 manatdan 1.42 manata qədər bahalaşıb.
Qarabaşaq yarmasının hər kiloqramı isə son ayda 2.73 manatdan 2.74 manata qədər bahalaşıb.
1 kq əla növ buğda çörəyinin qiyməti 0.85 manatda və qarışıq undan çörək 1.13 manatda sabit qaldığı halda, çovdar çörəyi 1.25 manatdan 1.26 manata qədər bahalaşıb.
Mənbə: Banker.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay