Nazirlikdə işləmək adı ilə insanlardan pul tələb edirlər: DİQQƏT (FOTO)
Son günlər Səhiyyə Nazirliyi adından çıxış edən kiberdələduzlar tərəfindən istifadəçilərə “WhatsApp” üzərindən “spam” mesajlar göndərilir.
Valyuta.az Lent.az-a istinadən xəbər verir ki, mesaj göndərən şəxs Səhiyyə Nazirliyi (Pfizer) depo departamentinin insan resursları şöbəsinin baş koordinatoru Ramal Hüseynov olduğunu iddia edir.
Bildirir ki, şəxsin “Qeydiyyat-Barkodlaşma və Qablaşdırma” vakansiyası üzrə müraciəti müsbət dəyərləndirilib və bunun təsdiqi üçün 54 manat ödəniş etmək lazımdır.
Bununla bağlı Lent.az-ın sorğusuna cavab olaraq Səhiyyə Nazirliyindən bildirilib ki, qurumda bu adda şöbə fəaliyyət göstərmir və göndərilən mesajlar həqiqətə uyğun deyil:
“Vətəndaşlardan xahiş olunur ki, tanımadığı şəxslərdən gələn bu cür mesajlara inanmasınlar və heç bir halda ödəniş etməsinlər”.
Sözügedən mesajı təqdim edirik:
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay