Xəbər
17.09.2021 / 18:54
Bu il ərzaq inflyasiyası 5.4% olub – Mərkəzi Bank
18335
Avqustda ərzaq məhsulları üzrə qiymət indeksi 0.8% yüksəlib.
Bu barədə Valyuta.az-a Azərbaycan Mərkəzi Bankından məlumat verilib.
Bildirilir ki, illik ərzaq inflyasiyası isə 7.8% təşkil edib.
Orta illik ərzaq inflyasiyası isə yanvar-avqust aylarında 5.4% olub.
Mövsümi amillərin tarixi təhlilləri göstərir ki, son 10 ildə hər ilin may-avqust aylarında ərzaq məhsulları üzrə kumulyativ olaraq 3-7% deflyasiya müşahidə olunurdusa, cari ilin müvafiq mövsümündə cəmi 0.8% deflyasiya olub.
Ərzaq inflyasiyasına dünya ərzaq qiymətlərinin yüksəlməkdə davam etməsi ciddi təsir göstərir. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının məlumatına görə dünya ərzaq qiymətləri avqustda 3.1%, son bir ildə isə 32.9% yüksəlib.
Ömər Vəzirli
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay