Xəbər
17.09.2021 / 18:45
Azərbaycanda sosial sığorta daxilolmaları 8 faiz artıb
18332
Bu ilin yanvar-avqust aylarında Azərbaycanda məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 2 494,5 milyon manat təşkil edib.
Bu barədə Valyuta.az-a İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən məlumat daxil olub.
Məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə daxilolmalar 8,1 % artıb, proqnoz 232,1 milyon manat artıq icra edilib.
Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 14,1 % artaraq 1 583 milyon manat təşkil edib, proqnoz 113,3 % icra olunub.
Ömər Vəzirli
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay