Xəbər
17.09.2021 / 17:45
Əcnəbi vətəndaş Kəmaləddin Heydərovun şirkətini məhkəməyə verdi
18329
Föqvəladə Hallar naziri Kəmaləddin Heydərova məxsus olduğu bildirilən "Gilan Holding” MMC növbəti dəfə məhkəməyə verilib.
Bu dəfə MMC barədə məhkəmə iddiasını xarici vətəndaş qaldırıb. Conston Qrame Çaherles (Johnston Graeme Charles) adlı həmin şəxsin iddiasında holdinqin onun maaşını verməməsi qeyd edilir və məhkəmədən əmək haqqının verilməsinin təmin olunmasını tələb edir.
Açıq mənbələrdə də "Gilan Holding” MMC ilə xarici vətəndaşın arasındakı məhkəmə çəkişməsinin səbəbi olaraq əmək haqqının tələb edilməsi göstərilir.
"Gilan Holding” MMC-nin Conston Qrame Çaherlesə nə qədər borclu olduğu bəlli deyil. Açıq mənbələrdə bu barədə hər hansı qeyd yoxdur.
Mənbə: Qaynarinfo
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay