Xəbər
17.09.2021 / 11:56
Bir ay ərzində Azərbaycanın xam neft ixracı 9 faiz artıb - STATİSTİKA
18293
Bu ilin yanvar-avqust aylarında Azərbaycan Respublikasından dünyanın 25 ölkəsinə 8 milyard 498 milyon 812 min ABŞ dolları dəyərində və 18 milyard 771 milyon 177 kub-metr həcmində bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları ixrac olunub.
Valyuta.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin yaydığı hesabatda bildirilib.
Sənədə əsasən, yanvar-iyul aylarında isə ixracın dəyəri 7 milyard 585 milyon 825 min dollar, həcmi isə 17 milyard 106 milyon 826 min kub-metr olub.
Bir ay ərzində ixracın dəyərində 912 milyon 987 min dollar və ya 10,75 faiz, həcmində isə 1 milyard 664 milyon 351 min kub-metr və ya 8,87 faiz artım baş verib.
Ömər Vəzirli
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay