Xəbər
17.09.2021 / 11:46
Azərbaycanın Çindən idxalı 13 faiz artıb: İxracı isə kəskin azalıb
18292
Bu ilin yanvar-avqust aylarında Azərbaycanla Çin arasında ticarət dövriyyəsinin həcmi 1 milyard 136 milyon ABŞ dolları təşkil edib.
Valyuta.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin yaydığı hesabatda bildirilib.
Belə ki, bu göstərici 2020-ci ilin eyni dövrü ilə müqayisədə 13,1% azdır.
Hesabat dövründə ixracın həcmi 130 milyon 170 min dollar təşkil edib ki, bu da illik müqayisədə 3,2 dəfə azdır.
İdxal isə 1,006 mlrd. dollara bərabər olub ki, bu da illik müqayisədə 13,2% çoxdur.
Nəticədə, 2021-ci ilin ilk səkkiz ayında 876,004 mln. dollarlıq mənfi ticarət saldosu yaranıb ki, bu göstərici illik müqayisədə 86,7% çoxdur.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay