Xəbər
16.09.2021 / 11:27
Azərbaycanın MDB ölkələri ilə ticarət dövriyyəsi 6 faiz artıb
18231
Bu ilin yanvar-avqust ayları ərzində Azərbaycanın MDB ölkələri ilə apardığı ticarət dövriyyəsinin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 6,3% artaraq 2,792 mlrd. ABŞ dollarına çatıb.
Valyuta.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin yaydığı hesabatda əks olunub.
Dövr ərzində ixracın həcmi ötən ilin analoji dövrü ilə müqayisədə 20,7% artaraq 1,063 mlrd. dollar, idxal isə 1% azalaraq 1,729 mlrd. dollara enib.
Nəticədə, cari ilin ilk səkkiz ayında 665,823 mln. dollarlıq mənfi ticarət saldosu yaranıb. Bu, 2020-ci ilin analoji dövrü ilə müqayisədə 23,1% azdır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay