Xəbər
16.09.2021 / 10:21
Bu il ölkəyə nə qədər əczaçılıq məhsulları idxal olunub? - HESABAT
18226
2021-ci ilin yanvar-avqust aylarında Azərbaycana 384 milyon 925.25 min ABŞ dolları həcmində 15 114 ton əczaçılıq məhsulları idxal olunub.
Valyuta.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin yaydığı hesabatda əks olunub.
Bu da onu göstərir ki, ilk 8 ayı ərzində 5.24%-lik idxal əməliyyatı həyata keçirilib.
Qeyd edək ki, ötən ilin analoji dövründə 243 milyon dollar həcmində 14 907 ton əczaçılıq məhsulları idxal olunub. Bu da onu göstərir ki, 1 il ərzində idxalda 141 milyon 925,22 min dollarlıq və ya 36,88 faizlik artım baş verib.
Ömər Vəzirli
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay