Xəbər
16.09.2021 / 10:03
Bu il idxal məhsullarında artım baş verib - HESABAT
18224
2021-ci ilin 8 ayı ərzində Azərbaycana 7 milyard 349 milyon 523.51 min ABŞ dolları həcmində mal və məhsul idxal olunub.
Valyuta.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin yaydığı hesabatda əks olunub.
Sənədə əsasən, bu göstərici ötən ilin eyni dövründə 6 milyard 690 milyon 523.13 min dollar olub. Aydın olur ki, bir il ərzində 659 milyon dollarlıq və ya 8,9 faizlik artım baş verib.
Ölkəyə idxal olunan məhsullar arasında yeyinti və kənd təsərrüfatı məhsulları, eləcə də tütün və tütün məmulatları, əczaçılıq məhsulları, gübrələr, oduncaq və ondan hazırlanan məmulatlar, plastmassa və onlardan hazırlanan məmulatları, geyim əşyaları və geyim üçün ləvazimatlar və s. məhsullar üstünlük təşkil edir.
Ömər Vəzirli
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay