Xəbər
14.09.2021 / 20:31
Bu il ödənişli xidmətlərdən əldə edilən gəlir 5 dəfə artıb
18149
Bu ilin yanvar-avqust aylarında Azərbaycanda əhaliyə göstərilən ödənişli xidmətlərdən 4 milyard 777,7 milyon manatlıq gəlir əldə olunub.
Valyuta.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin aylıq hesabatında məlumat verilib.
Bu gəlirlər 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 4,9% artıb.
Hüquqi şəxslər tərəfindən əhaliyə 3 663,2 mln. manatlıq xidmət göstərilib ki, bu da xidmətlərin ümumi dəyərinin 76,7%-ni təşkil edib.
Cari ilin yanvar-avqust aylarında hər bir ölkə sakini orta hesabla 471,8 manatlıq və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə nominal ifadədə 33,3 manat çox müxtəlif ödənişli xidmətlərdən istifadə edib.
Ömər Vəzirli
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay