2022-ci il üçün proqnoz: “Büdcə kəsirləri 5 milyard manatdan bir qədər çox olacaq”
2022-ci ildə dövlət büdcəsinin kəsirinin 2021-ci ilin təsdiq edilmiş göstəricisindən 17,6 faiz az olmaqla 2 milyard 567,0 milyon manat olacağı proqnozlaşdırılır.
Valyuta.az xəbər veri ki, bu barədə “2022-2025-ci illər üçün makrofiksal çərçivə və 2022-ci il üçün icmal və dövlət büdcələrinin ilkin nəticələrinə dair Açıqlama”sında əks olunub.
Sənədə əsasən, bu göstərici ÜDM-in 3,2 faizini təşkil edəcək.
“Kəsir vahid xəzinə hesabının qalığı (45,2 faiz), daxili və xarici borclanma (27,3 faiz), layihə maliyyələşdirilməsi əsasında cəlb edilən kreditlər (23,1 faiz) və özəlləşmədən daxilolmalar (4,4 faiz) hesabına maliyyələşdiriləcək.
2022-ci ildə icmal büdcənin gəlirləri 26 milyard 967,7 milyon manat, xərcləri 32 milyard 145,9 milyon manat, kəsiri isə 5 milyard 178,2 milyon manat səviyyəsində proqnozlaşdırılır”, - deyə sənəddə qeyd edilir.
Rövşən Ziya
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay