Zakir Sultanov tələb etdi: Əbülfəs Qarayev məhkəməyə gəlsin!
Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin sabiq rəisi Zakir Sultanovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zeynal Ağayevin sərdrliyi ilə keçirilən prosesdə şahid qismində "Azəraqrartikinti" ASC-nin filial müdiri Nüsrət Ömərov dindirilib. Şahid ifadəsində bildirib ki, təmsil etdiyi şirkət Azərbaycan İncəsənət Muzeyində aparılan təmir işləri ilə bağlı elan olunan tenderdə qalib gəlib.
Bundan sonra İncəsənət Muzeyində təmir-bərpa işləri üçün 31 milyon vəsait ayrılıb:
"Nümayəndəsi olduğum şirkətin 300-400 nəfər işçisi var. Təmir işləri üçün İtalya şirkətini dəvət etmişdik. 12 milyon manat onların əmək haqlarına və burada yaşamalarına sərf olunub. Həmin muzeydə mühüm işlər görülüb. Xarici şirkət nümayəndələri burada qalmaq üçün özəl şərait tələb edirdi. Bu da xərc tələb edirdi".
Daha sonra hakim 31 milyon manatın böyük məbləğ olduğunu qeyd edərək, həmin məbləğin qarşılığında nəyə görə onların şirkətinin qalib olduğunu soruşub.
Hakim bunu həmin məbləğə daha reytinqli və bu işdə mütəxəssis kimi tanınan şirkətləri təmir-bərpa işlərinə cəlb etməyin mümkünlüyü ilə əsaslandırıb. Şahid cavabında təmsil etdiyi şirkətin Milli İncəsənət Muzeyindən əvvəl digər dövlət əhəmiyyətli binaların da təmirini həyata keçirdiyini deyib.
O, həmçinin bəzi işlərin nağd pul tələb etdiyini qeyd edərək, ayrılan vəsaitin bir qisminin nağdlaşdırıldığını bildirib.
Daha sonra təqsirləndirilən şəxs Zakir Sultanov həyata keçirilən bir çox işlərdən sabiq mədəniyyət naziri Əbülfəs Qarayevin də xəbəri olduğunu bildirərək məhkəməyə çağırılmasını istəyib:
"Xahiş edirəm, Əbülfəs Qarayevi də buraya çağırın. Aparılan əsas işlərdə onun da iştirakı olub".
Növbəti proses sentyabrın 16-a təyin edilib.
Qeyd edək ki, təqsirləndirilən şəxs Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat zamanı sabiq nazir müavini Rafiq Bayramovla birgə saxlanılıb. Daha sonra onlar barəsində başlanan cinayət işi ayrı icraata götürülüb.
Z.Sultanova Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham verilib. Xatırladaq ki, keçirilən əməliyyat zamanı saxlanılan mədəniyyət nazirinin sabiq müavini Rafiq Bayramovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə elan olunan hökmə əsasən R.Bayramov 8 il azadlıqdan məhrum edilib.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay