Ağstafanın həbsdə olan sabiq icra başçısı vəfat etdi
Ağstafa Rayon İcra Hakimiyyətinin sabiq icra başçısı Nizaməddin Quliyev vəfat edib.
Valyuta.az Report.az-a istinadən xəbər verir ki, N.Quliyev sentyabrın 7-də saxlanıldığı təcridxanda ölüb.
Keçmiş icra başçısının Goranboy rayonunun Tapqaraqoyunlu kəndində dəfn olunacağı gözlənilir.
Qeyd edək ki, Quba rayon prokurorunun köməkçisi Ramal Quliyev Qaynarinfo-ya açıqlamasında atası Nizaməddin Quliyevin dünyasını dəyişdiyini təsdiqləyib:
"Bəli, atam müalicə aldığı xəstəxanada koronavirusdan dünyasını dəyişib. Hazırda dəfni üçün hazırlıq görürük”.
Qeyd edək ki, N.Quliyev 2019-cu ilin dekabr ayında Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən keçirilən əməliyyat nəticəsində həbs olunub. Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 9 il müddətinə azadlıqdan məhrum edilib.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay