Azərbaycanda hökumət üzvlərinin sayı 34-ə çatdı - SİYAHI
Prezident İlham Əliyev sentyabrın 7-də Fərid Qayıbovu Gənclər və İdman naziri təyin etdikdən sonra Azərbaycanda Nazirlər Kabineti üzvlərinin sayı 34-ə çatıb.
Bu ilin aprel ayının sonlarında Gənclər və İdman naziri vəzifəsini tutan Azad Rəhimov vəfat etdikdən sonra həmin post boş qalmışdı.
Hazırda Azərbaycanda təkcə Səhiyyə naziri vəzifəsi boşdur.
Azərbaycanda Nazirlər Kabineti üzvlərinin siyahısını təqdim edirik:
Azərbaycan Respublikasının Baş naziri - Əli Hidayət oğlu Əsədov
Azərbaycan Respublikası Baş nazirinin birinci müavini – Yaqub Abdulla oğlu Eyyubov
Azərbaycan Respublikası Baş nazirinin müavini – Əli Cavad oğlu Əhmədov
Azərbaycan Respublikası Baş nazirinin müavini - Şahin Abdulla oğlu Mustafayev
Azərbaycan Respublikasının Daxili İşlər naziri – Vilayət Süleyman oğlu Eyvazov
Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər naziri – Muxtar Bahadur oğlu Babayev
Azərbaycan Respublikasının Energetika naziri – Pərviz Oqtay oğlu Şahbazov
Azərbaycan Respublikasının Ədliyyə naziri – Fikrət Fərrux oğlu Məmmədov
Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi naziri – Sahil Rafiq oğlu Babayev
Azərbaycan Respublikasının Fövqəladə Hallar naziri – Kəmaləddin Fəttah oğlu Heydərov
Azərbaycan Respublikasının Gənclər və İdman naziri – Fərid Fazil oğlu Qayıbov
Azərbaycan Respublikasının Xarici İşlər naziri – Ceyhun Əziz oğlu Bayramov
Azərbaycan Respublikasının İqtisadiyyat naziri – Mikayıl Çingiz oğlu Cabbarov
Azərbaycan Respublikasının Kənd Təsərrüfati naziri – İnam İmdad oğlu Kərimov
Azərbaycan Respublikasının Maliyyə naziri – Samir Rauf oğlu Şərifov
Azərbaycan Respublikasının Mədəniyyət naziri – Anar Qabil oğlu Kərimov
Azərbaycan Respublikasının Müdafiə naziri – Zakir Əsgər oğlu Həsənov
Azərbaycan Respublikasının Müdafiə Sənayesi naziri – Mədət Qəzənfər oğlu Quliyev
Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri – Rəşad Nəbi oğlu Nəbiyev
Azərbaycan Respublikasının Səhiyyə naziri –
Azərbaycan Respublikasının Təhsil naziri – Emin Eldar oğlu Əmrullayev
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri – Bahar Əvəz qızı Muradova
Diasporla İş üzrə Dövlət Komitəsinin sədri – Fuad Rauf oğlu Muradov
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri – Mübariz Qəhrəman oğlu Qurbanlı
Dövlət Gömrük Komitəsinin sədri – Səfər Məmməd oğlu Mehdiyev
Dövlət Statistika Komitəsinin sədri – Tahir Yaqub oğlu Budaqov
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri – Anar Adil oğlu Quliyev
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri – Rövşən Şükür oğlu Rzayev
Dövlət Miqrasiya Xidmətinin rəisi – Vüsal Əfqan oğlu Hüseynov
Dövlət Sərhəd Xidmətinin rəisi – Elçin İsağa oğlu Quliyev
Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi – Əli Nağı oğlu Nağıyev
Xarici Kəşfiyyat Xidmətinin rəisi – Orxan Sedyar oğlu Sultanov
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi – Arzu Yusif oğlu Rəhimov
Qida Təhlükəsizliyi Agentliyinin sədri – Qoşqar İlahi oğlu Təhməzli
Dövlət Turizm Agentliyinin sədri – Fuad Hümbət oğlu Nağıyev
Mənbə: Baku.ws
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay