Xəbər
06.09.2021 / 14:38
Azərbaycanda yenilik: İslam qaydalarına uyğun istiqrazlar buraxacaq
17773
Azərbaycan İnvestisiya Holdinqi (AIH) və İslam İnkişaf Bankı Qrupunun (IsDBG) qolu olan Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası (ICD) arasında Anlaşma Memorandumu imzalanıb.
Valyuta.az xəbər verir ki, bu barədə holdinq məlumat yayıb.
Sənədi AİH-in baş direktoru Ruslan Əlixanov və ICD-nin baş direktoru Ayman Amin Secini imzalayıb.
Anlaşma Memorandumuna əsasən, tərəflər AIH-in idarəetməsində olan dövlət şirkətlərinə sukuk emissiyası üçün dəstək verilməsi üçün əməkdaşlıq edəcəklər.
Xatırladaq ki, sukuk istiqrazların islami ekvivalentidir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay