BAKU Azərbaycan
12.03°C
  • USD
    1.7
  • EUR
    1.7711
  • RUB
    1.629
  • TRY
    0.0492
  • GBP
    2.1302
17771

Gündəlik yaşam mücadiləmizin əsas elementlərindən biri də qida məhsulları, daha doğrusu bu məhsulların qiyməti ilə bağlıdır.

Bir çox hallarda ərzaq məhsullarına qoyulan süni qiymətlər dövlət standartlarından yüksək olur. Bu isə arzuladığımız qida rasionunu bizim üçün əlçatmaz edir.

Elə şəhər sakinləri də, süni qiymət artımı ilə az qala hər gün rastlaşdıqlarını deyirlər.

- Ərzaq məhsullarının qiyməti 20 qəpik, 30 qəpik hər gün bahalaşır. Marketlərdə kim necə istəyir, o cür qiymət qoyur. Məsələn şəkər tozunun, qəndin qiyməti, yağın qiyməti. Çörəkdən başqa, hamısının qiyməti bahalaşıb. Çörəyin də çəkisini azaldırlar ki, qiyməti dəyişməsin. Belə doğru deyil.

- Qiymət artımı məncə doğru deyil. Yay aylarında da, qış aylarında da olur bahalaşma. Ancaq yay aylarında daha çox olur bahalaşma. Gedirsən marketə baxırsan ki, 5 qəpik, 10 qəpik bahalaşma var.

Vətəndaşlar deyir ki, xüsusən yay aylarında süni qiymət artımına daha çox rast gəlinir ki, buna da səbəb tələbatın çoxluğudur. Belə ki, tələbatın çoxluğunu görən bəzi işbazlar ərzaq məhsullarının qiymətini süni şəkildə artırır:

- Eyni ərzaqları bir gündən sonra gedib alası olsan görəcəksən ki, qiymət dəyişib. Xüsusən yay aylarında kompot, mürəbbə bişirilir deyə şəkər tozunun qiymətini artırırlar. Kassa da oturana deyirsən ki, axı mən pulumu hesablayıb gəlmişəm, indi qiymət niyə bu cür olur? Deyir mənə belə deyiblər, bu cür işləyirəm.

Bəs qiymətləri kimlər və hansı şəraitdə artırırlar? 

Qida üzrə məsləhətçi Ağa Salamlının sözlərinə görə, bəzi işbazlar süni qiymət artımı üçün fürsət gözləyirlər: 

“Hansı ki, düyüdür, şəkərdir, qənddir. Bunlar sanki bir fürsət gözləyirlər ki, yay ayı olsun, hər kəs mürəbbə bişirsin və şəkər tozu bazarda kütləvi alınsın. Sonra bunlar baha qiymətə öz məhsulunu satsınlar. Qiymətlərə fikir versəniz qış ilə yay arasında fərqi görəcəksiniz. Bu da işbazların hiyləsidir. Ən yaxşı mal əti 14 manatadır. Quzu əti də 14 manatdır. Yaxşı mal əti quzu ətinə bərabərdir”.

Ağa Salamlı deyir ki, süni qiymət artımına səbəb olan amillərdən biri də xaricdən gələn məhsulların çoxluğudur: 

“Nəticədə yerli məhsul alınmır, qalır arxa planda. Yerli məhsul alınmadığı üçün isə kəndli məcbur olur növbəti ildə pestisidlərdən, süni gübrələrdən istifadə etsin və məhsulunu da baha qiymətə satsın. Çünki onların tərkibində süni qatqılar var. Çörəyin tərkibində qurdlanmaya, nəmlənməyə qarşı süni qatqı maddələri var və o süni maddələr çox bahadır”.

Qeyd edək ki, istehlakçılar süni qiymət artımı, həmçinin istifadə müddəti ötmüş, keyfiyyətsiz malların satışı halları ilə rastlaşdıqda 498-15-01 və 498-15-04 nömrəli telefonlarla Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti və 195 Çağrı mərkəzinə məlumat verə bilərlər.

Mənbə: APA TV

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"BYD" Türkiyədə Çin məhəlləsi qurur - 1 milyard dollarlıq invstisiya

Universitetlərimiz beynəlxalq reytinqlərə düşmək üçün nə etməlidir?

Dünyada ən çox satılan 30 elektromobil markası – Siyahı

"Jeep" keçmiş brendini yenidən canlandıracaq

Bukingem sarayı 3 il müddətinə bağlanacaq

Bakının bu ərazisində işıq kəsiləcək

Bankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı?

Elon Mask üçüncü dünya müharibəsi barədə fikirlərini bölüşüb

Bakıdan dəmiryolu nəqliyyatı ilə ilk ixrac qatarı Çinə yola salınıb

Bakıdan dəmiryolu nəqliyyatı ilə ilk ixrac qatarı Çinə yola salınıb

"The Sunday Times": Ukrayna "ölümcül soyuqlar"la üzləşəcək

Gündə 279 nəfər doğulub, 162 nəfər ölüb

İlham Əliyev: Bakı COP tədbiri ən möhtəşəm COP-lardan biri kimi tarixə düşəcək

154 illik "qızıl sikkə" dəyərinin 550 qatına satıldı

ABŞ-ın dövlət borcu tarixində rekord həddə çatıb

Kimlərə sosial yardım veriləcək? - İqtisadçı açıqladı

ÜST müşaviri xəbərdarlıq etdi: Yeni pandemiya riski artır

NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb? (Müsahibə)

NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb? (Müsahibə)

COP29: Bakı 1,3 trilyon dollarlıq yeni iqlim maliyyəsini hədəf seçib

Çexiya Rusiya neftindən imtina üçün son tarixi açıqladı

Həyəcan təbili: Şirin su ehtiyatı təhlükəli səviyyəyə düşüb

"Qazprombank"a növbəti qadağalar Cənubi Koreya və Argentinadan gəldi

Bəzi küçələrdə COP29 zolaqları qüvvədən düşüb (Video)

"Rolls-Royce" və "Maybach" üçün yeni rəqib - FOTO

Şuşa xəstəxanası üçün 2,3 milyonluq mebel və invertar alınacaq

"Bloomberg": Avropa yeni qaz böhranı ilə üzləşib, qiymətlər 45% artıb

Rusiyadan Ermənistana milyardlarla dollarlıq qızıl axır - Şəbəkənin arxasında kimlər dayanır?

DGK bu şirkətdən 1,1 milyonluq geyim alacaq

"X" itirir: "Bluesky" qazanır - İstifadəçilərin "böyük köçü"

"X" itirir: "Bluesky" qazanır - İstifadəçilərin "böyük köçü"

Maşını olanlar vergi versin - Deputatdan TƏKLİF

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin