Xəbər
30.08.2021 / 18:58
Azərbaycanda səfər sığortası üzrə ödənişlər kəskin azaldı
17503
Azərbaycandan xaricə səfər edən vətəndaşların sığortası üzrə daxilolmaları bu ilin yanvar-iyul aylarında 1 milyon 309 min manat olub.
Valyuta.az-ın Banker.az-a istinadən verdiyi məlumata əsasən xəbər verir ki, bu, illik müqayisədə 53% artıb.
Belə ki, ötən ilin ilk yeddi ayında xaricə səfər edən vətəndaşların sığortası üzrə daxilolmalar 853 min manat təşkil etmişdir.
Xaricə səfər edən vətəndaşların sığortası ödənişlərinə gəlincə, cari ilin yeddi ayında bu rəqəm 95 min manat təşkil edib ki, bu, da illik müqayisədə 60% azdır. Qeyd edək ki, ötən ilin yanvar-iyul aylarında bu sığorta növü üzrə ödənişlər 235 min manat təşkil edib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay