Dövlət büdcəsində ciddi profisid: Büdcə vəsaitləri hara sərf olunub?
2021-ci ilin yanvar-iyul aylarında dövlət büdcəsinin gəlirləri 14 milyard 049,3 milyon manat, xərcləri 13 milyard 681,6 milyon manat təşkil edib.
Valyuta.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin Maliyyə Nazirliyinin təqdim etdiyi operativ məlumatları əsasında hazırladığı hesabatda əks olunub.
Sənədə əsasən, büdcənin icrasında 367,7 milyon manatlıq və ya ümumi daxili məhsulun 0,8 faizi qədər profisit yaranıb.
Hesabat dövründə büdcə xərclərinin əsas hissəsi müdafiə və milli təhlükəsizlik sektoruna yöəldilib ki, bu da ümumilikdə 21,9 faiz təşkil edir. Bu xərclərin 14,6 faiz ümumi dövlət xidmətlərinə, 14,4 faizi sosial müdafiə və sosial təminat, 12,7 faizi isə iqtisadi fəaliyyət sahələrinə sərf edilib.
Məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq orqanlarının saxlanılmasına 7,4 faiz, səhiyyə xidmətlərinə 7,1 faiz, kənd təsərrüfatı sahəsinə 3,6 faiz və əsasbölmələrə aid edilməyən xidmətlərə isə 3,8 faiz xərc çəkilib.
Qeyd edək ki, cari dövrdə düvlət büdcəsindən ən az vəsait ayrılan sahə mənzil-kommunal təsərrüfatı olub ki, bu göstərici 0,6 faiz təşkil edib.
Rövşən Ziya
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay