Xəbər
17.08.2021 / 18:45
Azərbaycanın dövlət büdcəsinin gəlirləri cüzi artıb
17151
2021-ci ilin yanvar-iyul aylarında Azərbaycanın dövlət büdcəsinin gəlirləri 14 milyard 049,3 milyon manat təşkil edib.
Valyuta.az “APA-Economics”ə xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin yaydığı hesabatda göstərilib.
Belə ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 0,6% çoxdur.
Dövlət büdcəsinin xərcləri isə 13 milyard 681,6 milyon manat olub ki, bu da illik müqayisədə 3,3% azdır.
Beləliklə, ölkənin dövlət büdcəsinin profisiti ilin ilk yeddi ayında 367,7 mln. manata bərabər olub.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay