Xəbər
17.08.2021 / 10:23
Azərbaycan şəkər ixracını 76 faizdən çox artırıb
17095
Cari ilin 7 ayı ərzində Azərbaycan 20 milyon 804 milyon ABŞ dolları dəyərində 40 min 134,48 ton şəkər ixrac edib.
Valyuta.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin yaydığı aylıq hesabatda əks olunub.
Hesabata əsasən, ixrac olunan şəkərin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 76,2%, dəyəri isə 2,2 dəfə artıb.
Qeyd edək ki, yanvar-iyul aylarında şəkər ixracı ölkənin ümumi ixracının 0,18%-ni, qeyri-neft sektoru üzrə ixracının isə 1,54%-ni təşkil edib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay