BAKU Azərbaycan
7.03°C
  • USD
    1.7
  • EUR
    1.7969
  • RUB
    1.5741
  • TRY
    0.049
  • GBP
    2.1606
16885
Mənimsəmələr tenderlərdə süni şəkildə qalib elan edilməsi yolu ilə həyata keçirilib

 

Xarici İşlər Nazirliyinin (XİN) İşlər idarəsinin sabiq müdiri Fərhad Mollazadə, Konsulluq idarəsinin vəzifəli şəxsi Səlim Əlizadənin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. 

Valyuta.az APA-ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqının başlandığı elan edilib. Prokuror ittiham aktını elan edib.

İttihama görə, Xarici İşlər Nazirliyində Tender Komissiyasında işləyərkən F. Mollazadə və S. Əlizadə öz qulluq mənafeyindən istifadə edərək digərləri ilə birgə külli miqdarda dövlət vəsaitini mənimsəyiblər.

Qeyd olunub ki, istintaq araşdırmaları zamanı Fərhad Mollazadə və Səlim Əlizadə tərəfindən XİN-in strukturlarının fəaliyyətinin təmin edilməsi məqsədilə dövlət büdcəsindən ayrılan vəsaitlərin bir hissəsinin müntəzəm olaraq mənimsənilməsinə əsaslı şübhələr müəyyən edilib.

Həmçinin, F.Mollazadənin və S.Əlizadənin XİN-in təsərrüfat tələbatları üzrə malların alınması, işlərin görülməsi üçün hesablarına pul köçürülən sahibkarlardan həmin vəsaitin müəyyən hissəsi dəyərində rüşvət istənilərək almalarına dair məlumatlar əldə olunub. Bundan başqa, təqsirləndirilən şəxslər qanunsuz əməllərini davam etdirərək dövlət vəsaitini təkrar olaraq mənimsəyiblər.

İttihamda qeyd olunub ki, təqsirləndirilən şəxslər müxtəlif firmalar vasitəsilə nazirlik üçün hədiyyələr, dəftərxana ləvazimatları, suvenirlər və s. alınması məqsədilə 2 milyon 543 min 173 manat vəsaiti mənimsəyiblər. Sözügedən mənimsəmələr tenderlərdə süni şəkildə qalib elan edilməsi yolu ilə həyata keçirilib.

Bütün sübutları nəzərə alaraq təqsirləndirilən şəxslər barəsində Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda mənimsəmə), 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə ittiham verilib.

Daha sonra təqsirləndirilən şəxslər təqdim olunan ittihamlarla özlərini qismən təqsirli biliblər. Prosesdə zərərçəkmiş qismində tanınan Xarici İşlər Nazirliyinin nümayəndəsi çıxış edərək dəymiş ziyanın tam ödənilməsini istəyib. Şahid qismində bank əməkdaşı Rövşən Məmmədov şahid qismində ifadə verib.

R. Məmmədov ifadəsində Konsulluq İdarəsinin əməkdaşı Səlim Əlizadəni tanıdığını deyib: "Xarici İşlər Nazirliyində işləyən tanışım vasitəsi ilə Səlim Əlizadə ilə tanış olmuşam. Bundan sonra onu şirkətlərin rəhbərləri ilə tanış edirdim. Şirkət rəhbərləri Xarici İşlər Nazirliyi tərəfindən işlədiyim şirkətlərə köçürülən müxtəlif məbləğlərdə vəsaitləri nağdlaşdıraraq 90 faizini Səlim Əlizadəyə təqdim edirdilər."

Məhkəmədə şahid qismində ifadə verən Rza Hümbətəliyev də R. Məmmədovla eyni məzmunlu ifadə verib. Proses avqustun 18-də divan etdiriləcək.

Qeyd edək ki, təqsirləndirilən şəxslər Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat nəticəsində saxlanıblar. Onlar barəsində Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda mənimsəmə), 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə ittiham verilib. Barələrində Səbail rayon Məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilib. Lakin bir müddət sonra məhkəmə onları ev dustaqlığına buraxıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"ƏLİ-TEKSTİL"ə protokol tərtib olundu

Dünyada torpağın deqradasiyası hər il 1 milyon kvadrat kilometr artır

Möhtəşəm mənzərələr və orta əsr evləri - Avropada mükəmməl səyahət üçün bir ada...

Sinqapur Mərkəzi Bankı "JPMorgan"ı 2,4 milyon cərimələyib

Süni intellektlə ölüm gününüzü proqnozlaşdıran yeni tətbiq

Vəzifə eyni, maaşlar fərqli - "Disney"də gender qalmaqalı

Yeni tendensiya: 2025-ci ildə 8000 mAh batareyaya malik smartfonlar bazara çıxacaq

"Sarens Azerbaijan" məhkəmə qarşısında

"Super Micro"nun daxili araşdırması şirkəti təmizə çıxardı - Səhmlər 25 faiz bahalaşdı

"Super Micro"nun daxili araşdırması şirkəti təmizə çıxardı - Səhmlər 25 faiz bahalaşdı

"Naspers"in mənfəəti ikiqat artıb

"Samsung"un 30 illik hakimiyyətinə son qoyulur? - Gecikmiş sərmayələr, azalan gəlirlər

Biləcəridə 3 Mərkəz və 1 İdman-sağlamlıq kompleksi tikiləcək

Sam Altman: "Tramp süni intellekt liderliyini qoruyacaq"

"Bakı Beynəlxalq Dəniz Ticarət Limanı"ndan maddi ziyan tələbi

Veysəloğlu Şirkətlər Qrupu Naxçıvanda silsilə market açılışlarını davam etdirir

DGK "HZR Group"u inzibati məsuliyyətə cəlb edib

Gizli iqlim təhlükələrini tapmaq üçün süni intellekt proqramı yaradıldı

Azərbaycanda aylıq müavinət alanların çoxu əlillərdir - RƏSMİ

Bu ərazidə işıq olmayacaq

Xaricdən ərzaq məhsullarının alışı, satışını 40 dəfədən çox üstələyir - Rəsmi

Xaricdən ərzaq məhsullarının alışı, satışını 40 dəfədən çox üstələyir - Rəsmi

Ananas, avokado, qreypfrut: Ölkəyə neçəyə gətirilir, marketlər neçəyə satır? - Siyahı

10 milyonluq şirkətin təsisçisi müəssisədəki payını 1 milyon manat azaldır

Qarabağda işləmək istəyənlər üçün sevindirici xəbər

Silah istehsalçıları yarım trilyondan çox gəlir əldə edib

Avropada yeni nüvə layihələri niyə bu qədər bahadır? - HESABAT

Turistlərin Azərbaycanda ən çox pul xərclədiyi sahələr - Siyahı

Turistlərin Azərbaycanda ən çox pul xərclədiyi sahələr - Siyahı

"LES-R.H" məhkəmə qarşısında

Problemli kreditlər ən çox hansı rayonlardadır?

Humanitar yardım kimi gətirilən mallar hansı hallarda vergidən azad olunur?

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin