Xəbər
11.08.2021 / 13:07
Maliyyə Nazirliyi: Büdcədən əmək haqqı ödənişləri kəskin azalıb
16855
2021-ci ilin yanvar-iyun aylarında dövlət büdcəsinin əməyin ödənişi xərcləri 1 milyard 733,1 milyon manat icra edilib.
Valyuta.az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin yaydığı aylıq hesabatda əks olunub.
Sənədə görə, bu vəsait ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,3 faiz və ya 59,3 milyon manat az olub.
Əməyin ödənişi xərcləri proqnoza nisbətən 8,1 faiz və ya 130,1 milyon manat artıq icra edilərək illik proqnozun 42,9 faizini təşkil edib.
Cari ilin yanvar-iyun aylarında əməyin ödənişi xərcləri ötən ilin müvafiq dövrü ilə müqayisədə yanvar və iyun aylarlnda az, mart, aprel may aylarında çox fevral ayında isə eyni səviyyədə icra edilib.
Rövşən Ziya
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay