Dövlət büdcəsinin gəlirləri 2,2 faiz, xərcləri isə 1,2 faiz azalıb - CƏDVƏL
2021-ci ilin yanvar-iyun aylarında dövlət büdcəsinin gəlirləri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,2 faiz və ya 267,8 milyon manat azalmaqla 11755,0 milyon manat təşkil edib.
Valyuta.az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin yaydığı məlumatlarda əks olunub.
Hesabat dövründə dövlət büdcəsinin xərcləri 1,2 faiz və ya 140,3 milyon manat azalmaqla 11590,5 milyon manat olub. Həmçinin, Dövlət Neft Fondundan transfert istisna olmaqla gəlirləri 11,2 faiz və ya 710,6 milyon manat artmaqla 7058,4 milyon manat icra edilib.
Cari ilin yanvar-iyun aylarında dövlət büdcəsinin xərcləri proqnoza nisbətən 4,0 faiz və ya 480,3 milyon manat az, gəlirləri 3,5 faiz və ya 442,2 milyon manat az icra edilib. Bununla yanaşı, yanvar-iyun aylarında dövlət büdcəsinin gəlirləri illik proqnozun 46,2 faizini, xərcləri isə 40,6 faizini təşkil edir.
Rövşən Ziya
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay