Xəbər
06.08.2021 / 16:01
Azərbaycanda gömrük xətti ilə büdcə daxilolmaları nə qədər artıb? - AÇIQLAMA
16691
Bu ilin yanvar-iyul aylarında Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə büdcə daxilolmaları 2 424,033 milyon manat təşkil edib.
Bu barədə Valyuta.az DGK-nın yaydığı hesabata istinadən xəbər verir.
Belə ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 2,7% çoxdur.
Son 1 ildə gömrük rüsumları üzrə daxilolmalar 15,6% artaraq 657,017 milyon manat, əlavə dəyər vergisi (ƏDV) üzrə daxilolmalar 2,5% azalaraq 1 649,757 milyon manat, aksizlər üzrə daxilolmalar 18,15% artaraq 92,737 milyon manat, yol vergisi üzrə daxilolmalar isə 13,8% artaraq 24,52 milyon manat olub.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay