Xəbər
04.08.2021 / 19:57
Dövlət Vergi Xidməti 9 milyon manatlıq tenderə yekun vurdu
16582
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti yeni AVİS 2 informasiya sisteminin yaradılmasının 3-cü mərhələsi (reliz 3) üzrə yeni platforma bazasında Bəyannamə, Kargüzarlıq, Şəxsi Hesab Vərəqəsi, Borclar, VÖEN altsistemlərinin əsas funksional bölmələrinin analiz edilməsi, Bəyannamə və Kargüzarlıq altsistemlərinin əsas funksional bölmələrinin proqramlaşdırması, təlimatların hazırlanması və təlimlərin keçirilməsi ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.
Valyuta.az Report.az-a istinadən xəbər verir ki, bu barədə dövlət satınalmalarının vahid elektron portalı məlumat yayıb.
Tenderin qalibi “Cybernet” MMC-dir.
Qalib şirkətə 8 923 822 manat ödəniləcək.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay