Xəbər
29.07.2021 / 18:15
Bu il Azərbaycanda icbari sığorta 11 faiz artıb - AMB
16255
Bu ilin yanvar-iyun aylarında Azərbaycanda könüllü sığorta növlərinin hesabına 304 milyon 513 min manat sığorta haqqı toplanılıb.
Valyuta.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının aylıq hesabatında qeyd edilib.
Hesabata görə, bu, ötən ilin yanvar-iyun aylarına nisbətən 11% çoxdur.
Ötən 6 ayda icbari sığorta növləri hesabına daxilolmaların məbləği isə illik müqayisədə 12% artaraq 147 milyon 853 min manata çatıb.
Hesabat dövründə könüllü sığorta növləri isə ödənişlərin məbləği 183 milyon 663 min manat təşkil edib ki, bu da 1 il əvvələ nisbətən 19.2% çoxdur. İl ərzində icbari sığorta növləri üzrə ödənişlərin məbləği isə 88% artaraq 64 milyon 536 min manata çatıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay