Maliyyə Nazirliyinin 10 milyonluq hərracının tarixi AÇIQLANDI
Avqustun 3-də Bakı Fond Birjasında Maliyyə Nazirliyinin Dövlət Ortamüddətli İstiqrazları (DOİ) üzrə hərrac keçiriləcək.
Valyuta.az xəbər verir ki, hərrac zamanı sifarişlərin toplanması BFB-nin ticarət reqlamentinə uyğun olaraq saat 11:00-dan 12:30-dək təşkil olunacaq.
İstiqrazların buraxılış parametrləri barədə məlumat aşağıdakı cədvəldə verilib:
Dövlət istiqrazının növü |
Faizli, ortamüddətli dövlət istiqrazları |
Qiymətli kağızın ISIN kodu |
AZ0108024883 |
Emissiya həcmi |
10 000 000 manat |
Nominal dəyəri |
100 manat |
İstiqrazların tədavül müddəti |
1820 gün |
Faiz ödənişləri (olduqda) |
1 fevral 2022-ci il, 2 avqust 2022-ci il, 31 yanvar 2023-cü il, 1 avqust 2023-cü il, 30 yanvar 2024-cü il, 30 iyul 2024-cü il 28 yanvar 2025-ci il, 29 iyul 2025-ci il 27 yanvar 2026-cı il, 28 iyul 2026-cı il |
Faiz gəliri |
7.5 % |
Ödəmə tarixi |
28.07.2026 |
Anderrayter |
“PAŞA Kapital İŞ” QSC |
Qeyd edək ki, hərrac zamanı, qeyri-rəqabətli sifarişlərin istiqrazların buraxılışının 20%-dən artıq olmamaq şərti ilə qəbul edilməsinə icazə verilir.
Bundan əlavə, hərrac iştirakçıları tərəfindən istiqrazların alınması üçün verilən sifarişlərin həcmi Emitent tərəfindən hərraca çıxarılmış istiqrazların həcminin 20%-dən aşağı olduğu təqdirdə, Emitent bu sifarişləri qəbul etməyə bilər.
Hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət Emitenti qane edəcəyi halda isə, Emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.
Rövşən Ziya
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay