TƏBİB rəsmisi: \"Qazlı içkilərin qəbulu məsləhət deyil\"
“Qazlı və digər şirin içkilər plastik qabların içərisində saxlanıldığından bir çox xroniki xəstəliklərin yaranmasına səbəb olur”.
Valyuta.az Report.az-a istinadən xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Qida təminatı və nəzarəti şöbəsinin baş mütəxəssisi Şumarə Qaracayeva deyib.
Onun sözlərinə görə, qazlı içkilərin qəbulu məsləhət deyil:
“Ən yaxşısı su içməkdir. Əgər suyu dadlandırmaq istəyiriksə, içərisinə meyvə və tərəvəz dilimləri əlavə etmək olar. Yay mövsümündə çalışmaq lazımdır ki, mayonezli və digər tez xarab olan məhsullardan istifadə edilməsin. Soyuq sıxım yağlardan istifadə tövsiyə olunur. Belə halda zəhərlənmələrin qarşısı alına bilər”.
TƏBİB rəsmisi əhaliyə isti yay günlərində yağlı qidalardan uzaq durmağı da məsləhət görüb:
“Yay mövsümündə bir ədəd dondurma yeyilməsi kifayət edər. Eyni zamanda şirniyyat həvəskarları südlü şirniyyatlara üstünlük verə bilər”.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay