Azərbaycandakı investisiya şirkətlərinin sahib(lər)i kimlərdir? - İZAHAT
Hazırda Azərbaycanın qiymətli kağızlar bazarında 11 investisiya şirkəti fəaliyyət göstərir ki, bunlardan da 5-i fiziki şəxslərə məxsusdur.
Valyuta.az Report.az-a istinadən xəbər verir ki, söhbət "CPM-İnvest İnvestisiya Şirkəti" və "MFX-Trading İnvestisiya Şirkəti" ASC-lərdən, eləcə də "AzFinance İnvestisiya Şirkəti", "İnvest-Az İnvestisiya Şirkəti" və "PSG-Kapital İnvestisiya Şirkəti" QSC-lərdən gedir.
Qalan 6 investisiya şirkəti isə hüquqi şəxslərə məxsusdur. Bunlardan 4-nün - "BTB Kapital" və "Unicapital" ASC-lərin, eləcə də "ABB-İnvest" və "Xalq Kapital" QSC-lərin sahibləri banklardır.
"Plato Capital and Co. İnvestisiya Şirkəti" ASC-nin səhmdarları 2 xarici invstisiya şirkəti, "PAŞA Kapital İnvestisiya Şirkəti" QSC-nin səhmdarı isə daxil olduğu eyni adlı holdinqdir.
№ |
İnvestisiya şirkətinin adı |
Şirkətin təşkilati hüquqi forması |
Şirkətin fəaliyyətə başladığı il |
Şirkətin nizamnamə kapitalı (manatla) |
Şirkətin səhmdar(lar)ı |
1 |
ABB-İnvest |
QSC |
2020 |
3 000 000,00 |
100% - "Azərbaycan Beynəlxalq Bankı" ASC |
2 |
Azfinance |
QSC |
2014 |
1 550 000,00 |
100% - Abid Məmmədov |
3 |
BTB Kapital |
ASC |
2018 |
1 000 000,00 |
100% - "Bank BTB" ASC |
4 |
CPM-İnvest |
QSC |
2021 |
400 000,00 |
100% - Kəmalə Məmmədova |
5 |
Xalq Kapital |
QSC |
2007 |
420 000,00 |
100% - “Xalq Bank” ASC |
6 |
İnvest-AZ |
QSC |
2006 |
2 254 590,00 |
74% - Elşən Quliyev, 26% - Ceyhun Abdullayev |
7 |
MFX-Trading |
ASC |
2020 |
500 000,00 |
40% - Anar Nəbiyev, 34% - Cəmşid Novruzov, 26% - Zərifə Həsənova |
8 |
PAŞA Kapital |
QSC |
2012 |
300 000,00 |
100% - “PAŞA Holdinq” MMC |
9 |
Plato Capital and Co. |
ASC |
2002 |
816 000,00 |
99% - "Plato Capital International Limited" investisiya şirkəti (Böyük Britaniya), 1% - “Fubies Bia Investments Limited” investisiya şirkəti (BƏƏ) |
10 |
PSG-Kapital |
QSC |
2012 |
6 250 000,00 |
100% - Faiq Məmmədov |
11 |
Unicapital |
ASC |
2007 |
300 000,00 |
100% - “Unibank” ASC |
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay