Azərbaycan meyvə-tərəvəz ixracını artırıb
Bu ilin yanvar-iyun aylarında Azərbaycan xarici ölkələrə 306 milyon 378,59 min ABŞ dolları dəyərində 330 min 879,50 ton meyvə-tərəvəz ixrac edib.
Bu barədə Valyuta.az Dövlət Gömrük Komitəsinin yaydığı hesabata əsasən xəbər verir ki,
Belə ki, hesabat dövründə ötən ilin yanvar-iyun ayları ilə müqayisədə ixrac olunan meyvə-tərəvəzin dəyəri 6,6% azalıb, həcmi isə 1,1% artıb.
Qeyd edək ki, bu ilin ilk beş ayında Azərbaycandan ixrac olunan meyvə-tərəvəz məhsulları əsasən tomat, meşə fındığı, alma, xurma, kartof və nar olub.
Hesabat dövründə 123 milyon 588,44 min dollar dəyərində 113 min 837,43 ton tomat ixrac edilib ki, bu da ötən ilin eyni dövrünün göstəricisini müvafiq olaraq 23,8% və 23,5% azdır.
Cari ilin yanvar-iyun ayları ərzində 41 milyon 085,34 min dollar dəyərində (26,6% azalma) 6 874,92 ton (azalma 24,6%) meşə fındığı ixrac olunub.
Ölkədən həmçinin 11 601,20 min dollar dəyərində 25 906,23 ton alma ixrac olunub ki, bu göstərici üzrə dəyər olaraq 28,5%, həcm olaraq isə 20,8% artım müşahidə olunub.
Bu il ölkədən 31 865,68 min dollar dəyərində (2,2 dəfədən çox artım) 42 342,91 ton (2,3 dəfədən çox) xurma ixrac olunub.
İxrac üzrə hesabata cari ilin yanvar ayından etibarən nar məhsulu, may ayından etibarən isə kartof da daxil edilib. Bu kateqoriya üzrə ilin ilk altı ayında 2 986,81 min dollar dəyərində 1 910,83 ton nar və 39 843,93 min dollar dəyərində 91 797,36 ton kartof məhsulu ixrac olunub.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay