Xəbər
16.07.2021 / 20:12
Bu il özəlləşdirmədən büdcəyə daxilolmalar üzrə tam icra edilməyib
15757
Bu ilin yanvar-iyun ayları ərzində Azərbaycanda özəlləşdirmədən dövlət büdcəsinə daxilolmalar 32,3 milyon manat təşkil edib və yarımillik proqnoz 72,8% icra edilib.
Valyuta.az bu barədə İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, dövlət əmlakının icarəsindən isə büdcəyə 7,2 milyon manat ödənilib və yarımillik proqnoza 134,2% əməl olunub.
Ötən ilin eyni dövrü ilə müqayisədə icarədən dövlət büdcəsinə daxilolmaların həcmi 58,7% artıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay